İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbulda böyük zəlzələ bu zamana proqnozlaşdırılır- Professor açıqladı

Türkiyəli professor-seysmoloq Ahmet Ercan İstanbulda baş verən 6,2 bal gücündə zəlzələdən sonra təhlükənin sovuşduğunu bəyan edib.

Musavat.com xəbər verir ki, alim növbəti güclü yeraltı təkanların 20-50 il ərzində gözlənilmədiyini bildirib.

Ahmet Ercanın sözlərinə görə, şəhərdə və ətraf vilayətlərdə hiss olunan son zəlzələ ciddi təhlükə yaratmayıb və bölgə sakinləri üçün ciddi təhdid təşkil etmir. O, eyni zamanda əlavə edib ki, bu aralıq müddət seysmik təhlükəsizlik baxımından dəyərləndirilməli və profilaktik tədbirlər görülməlidir.

Xatırladaq ki, daha əvvəl Türkiyə prezidenti açıqlama verərək, İstanbul və qonşu bölgələrdə qeydə alınan zəlzələnin nə insan itkisinə, nə də böyük dağıntılara səbəb olmadığını bildirmişdi.

Mütəxəssislər hesab edirlər ki, hazırda regionda vəziyyət sabitdir, lakin uzunmüddətli təhlükəyə qarşı hazırlıqlı olmaq vacibdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Aprel 2025

27 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR