Onlayn ictimai-siyasi qəzet
Mayın 16-da İstanbulda Türkiyə, Rusiya və Ukrayna nümayəndələri arasında üçtərəfli görüşün keçirilməsi planlaşdırılır.
Musavat.com xəbər verir ki, məlumatı TASS Türkiyə Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən yayıb.
Mənbə bildirib ki, sabah müxtəlif formatlarda daha bir silsilə görüşlər olacaq: “Bunlar ABŞ, Ukrayna, Türkiyədir. Həmçinin Rusiya, Ukrayna və Türkiyə arasında üçtərəfli danışıqlar da gündəmdədir".
Mənbə əlavə edib ki, “görüşün dördtərəfli formatda - ABŞ, Rusiya, Ukrayna və Türkiyə formatında baş tutub-tutmayacağı hələ məlum deyil”.
Qeyd edək ki, bu gün Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyanın danışıqlardakı nümayəndə heyəti ilə görüşüb.
Günün sonuna yaxın Ukrayna prezidenti Vladimir Zelenski danışıqlar üçün Ukrayna nümayəndə heyətini təyin edib. Heyətə müdafiə naziri Rustem Umerov rəhbərlik edəcək. Üzvlər isə müxtəlif qurumların rəhbər müavinləridir.
Musavat.com
16 May 2025
15 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ