İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbulda avtobusla tramvay toqquşub- 19 nəfər yaralanıb

Türkiyənin İstanbul şəhərinin Eyübsultan rayonunda tramvayla sərnişin avtobusunun toqquşması nəticəsində 4-ü ağır olmaqla 19 nəfər yaralanıb. 

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.

***

Türkiyənin İstanbul şəhərində  tramvayla sərnişin avtobusunun toqquşması nəticəsində xeyli sayda sərnişin xəsarət alıb. 

Musavat.com xəbər verir ki, bu barədə məlumatı "Haber Global" yayıb. 

Xəbərdə bildirilir ki, hadisə dekabrın 5-də səhər saatlarında Eyübsultan rayonunun Alibeyköy meydanında baş verib.

Metro İstanbuldan ekspedisiyalarla bağlı edilən şərhdə, "T5 Cibali-Alibeyköy Cep Avtobus Terminal Tramvay Xəttimiz Cibali-Universitet stansiyaları arasında müvəqqəti olaraq fəaliyyət göstərir",-deyə bildirilib.

Qəza yerinə çoxlu sayda təcili tibbi yardım heyəti, polis əməkdaşları və xilasedicilər cəlb olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR