İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrailli polkovnikdən HƏMASla bağlı TƏCİLİ AÇIQLAMA

“İsrail Müdafiə Qüvvələri (SAXAL) HƏMAS-ı müharibənin sonuna qədər hərbi potensialından tamamilə məhrum etməyi hədəfləyir”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun beynəlxalq sözçüsü polkovnik-leytenant Conatan Konrikus CNN-ə danışıb.

Konrikusun sözlərinə görə, HƏMAS silahlıları dinc əhali və əsgərləri öldürmək məqsədilə terror əməliyyatları keçirmək üçün cənub sərhədini pozmağa cəhd ediblər. Buna cavab olaraq SAXAL qoşunların sayını artırıb və müdafiə sistemlərini yenidən bərpa etməklə bərabər, hava zərbələri endirməyə davam edib.

“Bizim vəzifəmiz müharibənin sonunda HƏMAS-ı hərbi potensialdan məhrum etməkdir. Bu da əldə olunacaq”, - deyə Konrikus iddia edib.

“Bu tapşırığı necə həyata keçirəcəyimiz görünəcək. Amma indiki mərhələdə biz hava zərbələri endirməyə davam edirik. Cənub sərhədində cəmləşən qoşunlar və nizami qüvvələr öz tapşırıqlarını yerinə yetirməyə hazırlaşır”, - deyə İsrail ordusunun sözçüsü qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR