İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrailli nazir İranı HƏDƏLƏDİ: "Hizbullah"la müharibə olacağı təqdirdə...

Livanın "Hizbullah" qruplaşmasına qarşı genişmiqyaslı hərbi əməliyyatlar başlayacağı təqdirdə İsrail ordusu onu dəstəkləyən İrana da zərbələr endirəcək.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu İsrailin iqtisadiyyat və sənaye naziri Nir Barkat bildirib.

"Əgər görsək ki, onlar "Hizbullah"dan istifadə edərək İsrailə hücum etmək niyyətindədirlər, onda bu ilanın başına vuracağıq", - deyə o bildirib.

Nazir əlavə edib ki, "Hizbullah"la müharibə olarsa, İsrail onları yer üzündən siləcək.

Bir gün əvvəl İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, Livanın "Hizbullah" hərəkatı İsrailə qarşı münaqişəyə girmək qərarına gəlib. 

Hazırda İsrail hərbçiləri Qəzza zolağında HƏMAS qruplaşmasına qarşı genişmiqyaslı əməliyyatlar aparır. Eyni zamanda, İsrailin Livanla sərhədində IDF ilə "Hizbullah" qruplaşması arasında vaxtaşırı atışma olur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR