İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində ölənlərin sayı AÇIQLANDI - VİDEO

Dünən gecə İsrailin Qəzza zolağına endirdiyi irimiqyaslı aviazərbələr nəticəsində 300-dən çox fələstinli həlak olub.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.

"İsrailin Qəzzaya hava zərbələri nəticəsində ölənlərin sayı 308-ə çatıb", - nazirliyin bəyanatında deyilir.

Qeyd edək ki, martın 18-də İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında Fələstinin HƏMAS hərəkatına məxsus hədəflərə irimiqyaslı zərbələr endirdiyini bildirib.

Amerikanın "Axios" portalının jurnalisti Barak Ravid baş naziri Benyamin Netanyahunun ofisinə istinadən "X" sosial şəbəkəsində İsrailin HƏMAS-a qarşı hərbi əməliyyatları bərpa etdiyini yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Mart 2025

BÜTÜN XƏBƏRLƏR