Onlayn ictimai-siyasi qəzet
İsrail parlamenti (Knesset) terrorçuların vətəndaşlıqdan məhrum edilməsi və deportasiyası haqqında qanun layihəsini təsdiqləyib.
“Report” xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu tviter səhifəsində məlumat verib.
“Knessetdə koalisiya sədri Ofir Katsın terrorçuların vətəndaşlıqdan məhrum edilməsi və deportasiyası ilə bağlı qanun layihəsini təsdiqlədik”, - o yazıb.
Qanunda, o cümlədən qeyd olunur ki, ölkənin daxili işlər naziri Fələstin administrasiyasından maliyyə vəsaiti almış, məhkum edilmiş terrorçuların vətəndaşlıq və ya yaşayış icazəsini ləğv edərək onları administrasiyanın ərazisinə və ya Qəzza zolağına deportasiya edə bilər.
10 Oktyabr 2024
09 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ