İnsanlara hürriyət, millətlərə istiqlal!

İsraildə şəhər meri hərbçilərə ÇAĞIRIŞ ETDİ

İsrailin Sderot şəhərinin meri Alon Davidi hərbçiləri mülki insanları təxliyə etməyə çağırıb.

Musavat.com xəbər verir ki, bu barədə "Ynet" portalı məlumat yayıb.

Qeyd edək ki, Qəzza zolağı ilə sərhədə yaxın ərazidə yerləşən Sderot şəhərində təxminən 27 min nəfər yaşayır. Oktyabrın 7-də şəhərdə güclü döyüşlər gedib, axşam saatlarında İsrail Müdafiə Qüvvələri (IDF) əraziyə nəzarəti bərpa edib.

Buna baxmayaraq, Sderot Qəzzadan raket hücumlarına məruz qalmağa davam edir. Oktyabrın 12-də şəhərə edilən son hücumda bir neçə nəfər yaralanıb.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrailə kütləvi raket zərbələri endirilib. Radikal HƏMAS hərəkatı hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Buna cavab olaraq İsrail “Dəmir Qılınclar” əməliyyatına başlayıb. Oktyabrın 10-da isə İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-ın hədəflərinə genişmiqyaslı hücuma başladığını elan edib. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR