İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail və ABŞ molla rejiminə qarşı HƏRƏKƏTƏ KEÇDİ - Yeni savaş başlayır

Minlərlə insanın həyatına son qoyan Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda Ukraynadan yüzlərlə kilometr aralıda da müharibə ehtimalı var...

Russia Today (RT) ABŞ və İsrailin hədəf aldığı ölkəni açıqlayıb.

Musavat.com xəbər verir ki, Rusiya mediası “İsrail və ABŞ İrana qarşı hücumları simulyasiya edən təlimlər keçirir” başlıqlı xəbər yayıb.

 6389a8ed4e3fe02100e1aa7c.jpg (104 KB)

“Təlimlər İsrail ordusunun başçısı Aviv Koçavinin Vaşinqtonu Tehrana hücuma hazırlaşmağa çağırmasından sonra keçirilib” - xəbərdə qeyd olunub.

İsrail Müdafiə Qüvvələri təlim çərçivəsində regional təhlükələrə qarşı müxtəlif ssenarilərin həyata keçirildiyini açıqlayıb.

“Bu təlimlər Yaxın Şərqdə, xüsusən də İrandan qaynaqlanan ümumi narahatlıqlara cavab olaraq iki ordunun strateji əməkdaşlığının mühüm tərkib hissəsidir” - bəyanatda qeyd olunub.

Təlim çərçivəsində 4 İsrail və 4 ABŞ F-35-lərinin birlikdə uçduğu, ABŞ-a məxsus KC-135 tanker təyyarəsinin onlara qoşulduğu bildirilir.

 6389a91b4e3fe02100e1aa7f.jpg (54 KB)

Hərbi ekspertlər İsrailin İrana qarşı mümkün hava hücumunu simulyasiya etdiyini vurğulasa da, ABŞ-ın bu təlimdə iştirakı Tehrana hədə-qorxu kimi şərh edilir.

İsrail mediası daha əvvəl İsrail Hərbi Hava Qüvvələrinin yanacaq doldurmağa ehtiyac olmadan İrandakı hədəfləri vurub geri qayıdacaq qədər inkişaf etdiyini irəli sürmüşdü. Sözügedən xəbərdə F-35 təyyarəsində istifadə olunan sursata yeni 1000 kiloqramlıq raketin də əlavə edildiyinə dair məlumatlar var idi.

Lakin indi keçirilən təlimdə yanacaqla işləyən təyyarələrin istifadəsi bu iddianı zəiflədir.

Nigar Cəfərli,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR