İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail Tehranın mərkəzinə hava hücumları təşkil etdi – 60 qırıcı onlarla hədəfi vurdu

İsrail ordusu Tehranın mərkəzinə qarşı genişmiqyaslı hava hücumlarını başa çatdırdığını açıqlayıb.

Musavat.com xəbər verir ki, ordunun yaydığı rəsmi məlumata görə, əməliyyatda 60 qırıcı təyyarə iştirak edib və zərbələr onlarla strateji hədəfə endirilib.

Hücumlar əsasən raket istehsal edilən obyektləri, hərbi tədqiqat mərkəzlərini və nüvə silahlarının hazırlanması ilə məşğul olan SPND təşkilatının qərargahını hədəfə alıb. İsrail iddia edir ki, bu obyektlər İranın nüvə proqramı və ballistik raket istehsalı ilə birbaşa bağlıdır.

İran tərəfindən hələlik rəsmi açıqlama verilməyib. Hücumun nəticələri, mümkün itkilər və cavab tədbirləri barədə məlumat yoxdur. Lakin analitiklər bu əməliyyatın regionda gərginliyi daha da artıracağını və yeni hərbi eskalasiyanın başlanğıcı ola biləcəyini bildirirlər.



Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR