İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail şirkəti Moskvaya uçuşları martın sonunadək dayandırdı


İsrailin "El Al" aviaşirkəti Təl-Əviv - Moskva (Domodedovo Hava Limanı) - Təl-Əviv marşrutu üzrə uçuşları 2025-ci ilin mart ayının sonunadək dayandırmaq qərarına gəlib.

Musavat.com xəbər verir ki, bu barədə Ynet portalı məlumat yayıb.

Bildirilir ki, qərar vəziyyətin hərtərəfli qiymətləndirilməsindən sonra qəbul edilib.
Dekabrın 26-da El Al vəziyyəti qiymətləndirmək və uçuşların bərpası vaxtı ilə bağlı qərar qəbul etmək üçün Moskvaya uçuşları bir həftəlik dayandırdığını elan etmişdi.

Noyabrın 2-də Rusiya Federal Hava Nəqliyyatı Agentliyi El Al aviaşirkətinə həftədə 10 dəfə Tel-Əviv - Moskva (Domodedovo Hava Limanı) - Təl-Əviv marşrutu üzrə müntəzəm uçuşlar həyata keçirməyə icazə verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR