İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail səfirliyindən vətəndaşlarına ÇAĞIRIŞ: dərhal tərk edin!

İsrailin Ukraynadakı səfirliyi vətəndaşlarını ölkəni dərhal tərk etməyə çağırıb.

Musavat.com “Report”a istinadla xəbər verir ki, bu barədə İsrailin Kiyevdəki səfirliyi feysbukda məlumat yayıb.

Bildirilib ki, Ukraynadakı hərbi əməliyyatlarla əlaqədar İsrail Xarici İşlər Nazirliyi vətəndaşlarına yəhudilərin yığcam yaşadığı Uman şəhəri daxil olmaqla Ukraynaya səfər etməməyə çağırıb:

“Ukraynada əhalinin məskunlaşdığı ərazilərə və mülki obyektlərə, o cümlədən ölkənin mərkəzində və qərbində raket zərbələri və hava hücumları təhlükəsi qalmaqdadır. Bu, həyat üçün real təhlükədir”.

Qeyd olunub ki, İsrail səfirliyinin əməkdaşları daimi əsaslarla Ukraynada deyillər və ehtiyac olduğu halda konsulluq yardımı göstərə bilməyəcəklər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR