Onlayn ictimai-siyasi qəzet
İsrailin BMT-dəki səfiri Gilad Erdan İlon Maskın İsrailin hərəkətlərini dəstəkləməsinə toxunaraq, ona antisemitizmin yayılmasını pislədiyinə görə təşəkkür edib və habelə İranın rəhbəri Əli Xameneyinin “X” hesabından çıxarılmasını istəyib.
Musavat.com xəbər verir ki, o, özünün “X” hesabında İsrailə qarşı geniş təbliğatin aparıldığını bildirərək yazıb:
“İndi sizin dediyiniz kimi, hərəkətə keçmə vaxtı çatıb. İranın rəhbəri Əli Xameneyi kimi yəhudilərin soyqırımına və İsrail dövlətinin məhvinə çağırış edənlər “X” və bütün sosial media platformalarından çıxarılmalıdırlar”.
Musavat.com
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ