İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail ordusunun bir hissəsini Qəzza zolağından çıxarır

Qəzza zolağında HƏMAS-a qarşı hərbi əməliyyatda iştirak edən minlərlə İsrail əsgəri daimi yerləşmə mövqelərinə qayıdacaq.

Ordu nümayəndələrinin sözlərinə görə, yaxın vaxtlarda anklavı beş döyüş briqadası tərk edəcək və bir neçə min hərbçi istirahət, yaxud təlim keçmək üçün öz bazalarına qayıdacaq.

Hərbi ekspertlərin fikrincə, bu, İsrailin demək olar ki, tam nəzarəti bərqərar etdiyi zolağın bəzi ərazilərində, xüsusən də şimalda hərbi əməliyyatların dayandırılmasından xəbər verir.

Bununla yanaşı, yəhudi dövlətinin hakimiyyəti ABŞ-nin təzyiqi altındadır. Onlar Fələstin əhalisinə dəyən zərəri azaltmaq üçün İsraildən hərbi əməliyyatın daha az intensiv mərhələsinə keçilməsini tələb edirlər.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR