İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail məhkəməsi Livanın dəniz sərhədi razılaşmasına qarşı vəsatətləri rədd edib

İsrailin Ali Ədalət Məhkəməsi Livanla dəniz sərhədinin demarkasiyasına dair razılaşmaya qarşı verilən dörd ərizənin hamısını yekdilliklə rədd edib.

"Report" xəbər verir ki, bu barədə İsrailin "Kan" dövlət radiosu bildirib.

Müraciətlərdə xüsusilə noyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri öncəsi keçid hökumətinin bu cür sazişləri imzalaya bilməyəcəyi və sənədin ya Knessetin təsdiqinə, ya da referenduma çıxarılmasının vacibliyi vurğulanır.

“Times of Israel” qəzeti iddia edir ki, Nazirlər Kabinetində saziş üzrə səsvermə sənədin parlamentarilər tərəfindən müzakirəsi üçün ayrılmış iki həftəlik müddət bitdikdən dərhal sonra baş tuta bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR