Onlayn ictimai-siyasi qəzet
İsrailin xarici işlər naziri İsrael Katz, Fransa prezidenti Emmanuel Makrona qarşı məhkəmə iddiası qaldırılmasına göstəriş verdiyini bildirib.
Musavat.com xəbər verir ki, bu barədə X hesabında məlumat paylaşan nazir səbəb kimi Fransanın İsrail firmalarının qarşıdan gələn hərbi-dəniz sərgisində iştirakına qadağa qoymasını qeyd edib: “Bunlar dost ölkələr arasında qəbuledilməz olan qeyri-demokratik addımlardır və mən Fransa prezidenti Makronu onları tamamilə ləğv etməyə çağırıram”.
İsrail şirkətlərinin sərgidə iştirakına qadağa qoyulması qərarı Fransa hökumətinin İsrailin Qəzza və Livandakı müharibələrdə iştirakı ilə bağlı atdığı addımlardan biridir.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ