Onlayn ictimai-siyasi qəzet
İsrail Müdafiə Qüvvələrinin (IDF) Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Aharon Haliva istefa verib.
Bu barədə IDF Telegram-da məlumat yayıb.
“Baş Qərargah rəisinin qərarına və müdafiə nazirinin təsdiqinə əsasən, general-mayor Aharon Halivanın varisi təyin olunan kimi vəzifəsini tərk edərək İsrail Müdafiə Qüvvələrindən istefaya göndərilməsi qərara alınıb”, - deyə məlumatda bildirilir.
General ,Haliva istefa məktubunda oktyabrın 7-də baş vermiş hadisələrə görə məsuliyyəti öz üzərinə götürdüyünü və bununla əlaqədar olaraq İsrail kəşfiyyatının rəhbəri vəzifəsindən istefa verdiyini qeyd edib. O, İDF Kəşfiyyat İdarəsinin əməkdaşlarının yüksək peşəkarlığını vurğulayıb./Publika.az
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ