İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail HƏMAS hücumları qarşısında niyə qoruna bilmədi-ŞOK SƏBƏBLƏR

 

İsrailli analitiklər ordu və təhlükəsizlik xidmətlərinin HƏMAS silahlılarının hücumunun qarşısının alınmasına mane olan dörd səbəbi açıqlayıblar.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, “The New York Times” qəzeti, adı çəkilməyən bir neçə İsrail hökumət rəsmisi vasitəsilə həmin səbəbləri göstərib.

İsrailin hücuma hazır olmamasının əsas səbəblərindən biri kəşfiyyat xidmətlərinin HƏMAS üzvlərinin rabitə xətlərinə nəzarət edə bilməməsi olub. Hücumdan bir qədər əvvəl MOSSAD ordu rəhbərliyini HƏMAS-ın kommunikasiya xətlərində qeyri-adi hərəkətlilik yaşandığı ilə bağlı xəbərdar etməyə çalışsa da, bu xəbərdarlığa da məhəl qoyulmayıb.

İkinci səbəb Qəzza zolağı ilə sərhəddə vəziyyətə nəzarət etmək üçün elektronikadan həddən artıq asılılığın olmasıdır. Son illər Qəzza sərhədində yerləşdirilən əsgərlərin sayı azalıb. Sərhəd boyu çoxsaylı müşahidə kameraları, sensorlar, hətta uzaqdan idarə olunan pulemyotlar quraşdırılıb. Bununla belə, hücumdan əvvəl HƏMAS üzvləri mobil rabitə qüllələrini məhv etmək üçün dronlardan istifadə edərək, İsrail ordusunun bu avadanlıqlara girişini məhdudlaşdırıb. Bununla onlar sərhədi otuz yerdə aşkar edilmədən keçməyə imkan qazanıblar.

Üçüncü səbəb sərhəd diviziyasının rəhbərliyini bir bazada yerləşdirən hərbi komandanlığın əməliyyat səhvi olub və bu baza HƏMAS tərəfindən hücuma başlayandan dərhal sonra ələ keçirilib.

Dördüncüsü, silahlı liderlərin İsrailə hücum etmək planlarının olmadığı barədə bəyanatlarına inanmaq olub. Çox güman ki, HƏMAS üzvləri danışıqlarının izlənildiyini bilib və İsrail kəşfiyyat xidmətlərini çaşdırıblar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR