İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhkəmə Trampın bu qərarını BLOKLADI

ABŞ Federal hakimi Tramp administrasiyasının Harvard Universitetinə əcnəbi tələbələri qəbul etməyi qadağan edən addımını əngəlləyib.

Musavat.com xəbər verir ki, məlumatı Associated Press yayıb.

Bildirilir ki, müvəqqəti qadağa hökumətin Harvardın sertifikatını əlindən almasına mane olur ki, bu da universitetə ABŞ-da təhsil almaq üçün əcnəbi tələbələri qəbul etməyə imkan verir.

Mayın 22-də “The New York Times” qəzeti Tramp administrasiyasının Harvard Universitetinin xarici ölkələrdən tələbə qəbulu icazəsini dayandırdığını yazıb. Səlahiyyətlilərin bildirdiyinə görə, İsrailin Qəzza zolağında hərbi əməliyyatlarına qarşı çıxan fələstinli fəallara görə universitet yəhudi əsilli tələbələrin tam təhlükəsizliyini təmin edə bilmir. Buna cavab olaraq universitet Boston federal məhkəməsində iddia qaldırıb. İddia araşdırması başa çatanadək administrasiyanın qərarı qüvvəyə minməyəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 May 2025

23 May 2025

BÜTÜN XƏBƏRLƏR