İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail Fələstinlə bağlı əməkdaşlıqdan İMTİNA ETDİ

İsrail hökuməti Fələstindəki vəziyyətlə bağlı araşdırmalarda Beynəlxalq Cinayət Məhkəməsi (BCM) ilə əməkdaşlıqdan imtina edib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lior Ben-Dor bildirib.

"Biz vətəndaşlarımızın hüquqlarını qoruduğumuz və terrorla mübarizə apardığımız üçün Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlıq etməyəcəyik", - o deyib.

İsrail rəsmisi BCM ilə qarşılıqlı əlaqədən imtinanı ölkəsinin bu idarənin komissiyalarına etibar etməməsi ilə izah edib.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə qarşı kütləvi raket zərbəsi endirilib. Qəzza zolağına rəhbərlik edən radikal HƏMAS hərəkatı hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Buna cavab olaraq İsrail terrorla mübarizədə “Dəmir Qılınclar” əməliyyatına başlayıb.

Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR