İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail Fələstin xarici işlər nazirinin səyahət icazəsini ləğv edib

İsrailin yeni hökuməti bir neçə gün əvvəl elan etdiyi fələstinlilərə qarşı bir sıra cəza tədbirləri çərçivəsində Fələstinin xarici işlər nazirinin səyahət icazəsini ləğv edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Fələstinin xarici işlər naziri Riad Malki özü məlumat yayıb. Riad Malkinin sözlərinə görə ona bu barədə Braziliya prezidentinin andiçmə mərasimindən qayıdarkən xəbərdarlıq edilib.

İsrail hökuməti daha əvvəl BMT-nin ən yüksək məhkəmə orqanını İsrailin işğalı ilə bağlı açıqlama verməyə məcbur etdiyinə görə cavab olaraq fələstinliləri cəzalandırmaq üçün tədbirlər görəcəyini açıqlamışdı. Bu qərar əslində Netanyahu hökumətinin fələstinlilərə qarşı tutduğu sərt xəttin bir hissəsidir.

İsrail və Fələstin arasında gərginlik ocağı olan Şərqi Qüdsdə İsrail polisinin fələstinli valideynlərin yığıncağını dağıtmasından sonra yaranıb. İsrail övladlarının təhsili ilə bağlı keçirdiyi yığıncağı Fələstin rəhbərliyi tərəfindən qeyri-qanuni şəkildə maliyyələşdirildiyini iddia edir. Əməliyyat İsrailin milli təhlükəsizlik naziri, ərəblərə qarşı qəddar mövqeyi ilə seçilən, ultra-millətçi İtamar Ben-Qvirin göstərişi ilə həyata keçirilib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR