İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail-Fələstin münaqişəsində Türkiyənin vasitəçiliyi GÜNDƏMƏ GƏLDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşlə telefon danışığı aparıb.

Qardaş ölkənin Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin yaydığı məlumata görə, tərəflər İsrail-Fələstin münaqişəsi çərçivəsində atıla biləcək addımları müzakirə edib və Türkiyənin vasitəçilik səyləri ilə günahsız mülki şəxslər üçün bölgəyə humanitar yardımın çatdırılması imkanlarını dəyərləndiriblər.

Söhbət zamanı Prezident Ərdoğan qeyri-mütənasib güc tətbiqinin vəziyyəti daha da böyük çıxılmaz vəziyyətə salacağını vurğulayıb və tərəflərin təmkinli davranmasının, impulsiv addımlardan qaçmasının çox vacib olduğuna işarə edib.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR