Onlayn ictimai-siyasi qəzet
İsrail Donald Trampın prezident kimi andiçməsindən əvvəl Livanda atəşkəs razılığı əldə etməyə çalışır.
Musavat.com xəbər verir ki, bu barədə “The Washington Post” nəşri yazıb.
Bu addım yeni administrasiyanın beynəlxalq aləmdə uğurla başladığını nümayiş etdirmək üçün nəzərdə tutulur.
Ancaq İsrailin müdafiə naziri İsrael Katz atəşkəsin yalnız "Hizbullah"la bağlı hərbi məqsədlər yerinə yetirildikdən sonra mümkün olacağını vurğulayıb.
O, ordunu "Hizbullah"ın gücünü zəiflətməyə və İsrailin qələbəsini təmin etməyə çağırıb.
Qeyd edək ki, Trampın andiçmə mərasimi 2025-ci il yanvarın 20-də keçiriləcək.
Musavat.com
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ