İnsanlara hürriyət, millətlərə istiqlal!

İspaniyanın Kataloniya kabusu bitmir - Dövlətin parçalanma TƏHLÜKƏSİ

İspaniya Krallığının tərkibindəki Kataloniya vilayət hökumətinin başçısı Pere Araqones gələn il bölgənin müstəqilliyi ilə bağlı referendumun keçiriləcəyinə ümid etdiyini bildirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Kataloniya hökumətinin “Twitter” səhifəsində bildirilir.

Separatçı siyasətçinin fikrincə, 2023-cü ildə Kataloniya “beynəlxalq səviyyədə tanınmalı” və İspaniya qarşısında özünü müdafiə etmək qabliyyətinə malik olmalıdır.

Araqonesin sözlərinə görə, artıq Kataloniyanın müstəqilliyi ilə bağlı referendumun keçirilməsi və "yolun yenidən açılmasının" vaxtıdır.

Xatırladaq ki, 2017-ci il oktyabrın 1-də Kataloniyada bölgənin İspaniyadan ayrılması məsələsi ilə bağlı referendum keçirilib. Madrid səsverməni qeyri-legitim sayıb və onun nəticələrini tanımaqdan imtina edib.

Daha sonra Kataloniya parlamenti müstəqil respublika elan edən qətnaməni təsdiqləyib. İspaniya hökuməti buna cavab olaraq konstitusiyanın 155-ci maddəsini tətbiq edib. Bu rəsmi Madridə Kataloniyanın özünüidarəsini məhdudlaşdırmağa imkan verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR