Onlayn ictimai-siyasi qəzet
İspaniyalı həkimlər (40 həkim) sentyabrın 19-dan 23-dək Xankəndi və rus sülhməramlılarının nəzarətində olan digər rayonlarda dırnağarası xeyriyyə əməliyyatları keçirəcəklər.
Musavat.com xəbər verir ki, əməliyyatlar aşağıdakı sahələrdə həyata keçiriləcək:
• Damar cərrahiyyəsi
• Plastik cərrahiyyə
• Müdaxilə kardiologiyası
• Uşaq cərrahiyyəsi
• Ümumi cərrahiyyə
• Urologiya
• Stomatologiya
Təbii ki, bu, qanunazidd addımdır. Çünki Azərbaycanı Respublikasının ərazisində dövlətimizin icazəsi olmadan hər hansı bir ölkənin bu kimi tədbir keçirməsi beynəlxalq hüquqa uyğun deyil. Ümid edirik ki, başqa bir dövlətin ərazimizdə icazəmiz olmadan hansısa bir tədbiri keçirməsinin qarşısı alınacaq.
Musavat.com
23 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ