İnsanlara hürriyət, millətlərə istiqlal!

Donetskdə DƏHŞƏT yaşanır: Artilleriya, dronlar, raketlər... - Tural Abbaslı ilə CANLI

Donetsk vilayətinin Konstantinovka kəndi yaxınlığında Rusiya qoşunları növbəti dəfə ağır itki veriblər. Ukrayna Silahlı Qüvvələrinin 79-cu briqadasının yaydığı məlumata görə, ruslar briqadanın mövqelərinə qəfil hücum təşkil ediblər:

“Düşmən gözlənilmədən əsgərlərimizin müdafiəsini yarmaq istəyib və bunun üçün piyadalarla birlikdə 6 tank və 14 zirehli texnikadan istifadə edib. Lakin düşmən qəfil hücumu uğurla həyata keçirə bilməyib… Artilleriya, hücum dronları, tank əleyhinə raket sistemləri, minalanmış sahələr – düşmən bir daha hiss etdi ki, nə qədər güclüyük”.

Döyüş zamanı rusların 2 PDM-inin, 3 tankının və xeyli canlı qüvvəsinin məhv edildiyi, qalanlarının isə qaçdığı qeyd edilir.

ABŞ Konqresində Azərbaycanın Qarabağa “təcavüzü” ilə bağlı aktın müzakirəyə çıxarılması (“Artsax Gəlirlərinin Bərpası Aktı"-red.) Qərbin Ermənistandan istifadə etməklə bölgədə gərginlik ssenarisinin tərkib hissəsidir. Konqresin erməni məsələsi üzrə qrupunun sədr müavini Adam Şiff çıxışında iddia edib ki, Azərbaycanın “artsax” xalqına qarşı davamlı hərəkətləri humanitar fəlakət yaradıb və etnik təmizləməyə bərabər olub. O, “ədalətin təmin olunmasının zəruriliyindən” dəm vurub. Şiffin tələbləri sırasında "Artsax Gəlirlərinin Bərpası Fondu”nun yaradılması da var. Tələbə əsasən bu Fond Azərbaycanın müsadirə edilmiş aktivlərini alacaq və daha sonra bu vəsaitləri Azərbaycanın “hərbi hücumu” nəticəsində əmlakı, biznesi və iş yerlərini itirmiş “Artsaxdan” didərgin düşmüş ermənilərə kompensasiya vermək üçün istifadə edəcək.

Həmçinin “köçkün ermənilər”in Fonddan təzminat almaq üçün müraciət etməsinə imkan verən sadələşdirilmiş prosesin yaradılmasına çağırış olunur.

TVMusavat-ın bu gün saat 11:30-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlunun suallarını AĞ Partiya başqanı Tural Abbaslı cavablandırır.

Facebook səhifəsinin ünvanı:

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR