Onlayn ictimai-siyasi qəzet
Türkiyə Ukraynada ədalətli sülhün təmin olunması üçün səbrlə səy göstərir.
“Report” “Haber Global”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-də Türk-Amerika Milli Rəhbər Komitəsi ilə görüşündə deyib.
O bildirib ki, regionda sülhün təmin olunması prioritet diplomatiya olmalıdır: “Bunu müharibənin ilk günündən etibarən deyirik. Tökülən hər damla qan, döyüşlə keçən hər gün böyük bir itkidir”.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ