İnsanlara hürriyət, millətlərə istiqlal!

İspaniyada sərnişin avtobusu çaya düşüb: Ölənlər var

İspaniyanın Qalisiya əyalətində avtobusun körpüdən Leres çayına düşməsi nəticəsində 6 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

İki nəfəri - avtobus sürücüsünü və bir sərnişini xilas etmək mümkün olub, onlar xəstəxanaya göndərilib. Alkoqol testi sürücünün ayıq olduğunu göstərib.

Qəza barədə xilasedicilərə ilk olaraq hadisə yerindən keçən və hasarın dağılmış hissəsini görən sürücü məlumat verib. Zəng daha sonra avtobusda olan sərnişindən gəlib, o deyib ki, salon su ilə doludur. Xilasetmə əməliyyatı yağış və sərt axınlar səbəbindən çətinləşib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR