İnsanlara hürriyət, millətlərə istiqlal!

İspaniyada meşə yanğınları səbəbindən daha iki min insan təxliyə edilib

İspaniyanın beş bələdiyyəsinin sakinləri ölkənin şimal-şərqində tüğyan edən meşə yanğınları səbəbindən təxliyə olunub.

AZƏRTAC ABC qəzetinə istinadla xəbər verir ki, Saraqosa əyalətində yanğınlar səbəbindən 2 minə yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb. COPE radiostansiyasının məlumatına görə, ölkənin müxtəlif bölgələrində yanğınlar səbəbindən təxliyə edilənlərin sayı ümumilikdə 8 minə çatıb.

İspaniyada son on gün ərzində ən azı 60 min hektar meşə sahəsi yanğınlar nəticəsində məhv olub. Samora əyalətindəki yanğınlar isə iki nəfərin ölümü ilə nəticələnib.

Qeyd edək ki, İspaniyada bütün həftə boyu davam edən isti hava şəraiti bir sıra regionda təbiət yanğınlarına səbəb olub. Bəzi yaşayış məntəqələrində havanın hərarəti 45 dərəcəni ötüb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR