İnsanlara hürriyət, millətlərə istiqlal!

İspaniyada 200-dən çox təyyarə bioyanacaqla uçacaq

Gələn həftə zeytun çəyirdəyi və digər zeytun tullantılarından hazırlanmış bioyanacaqla doldurulan 220 təyyarə İspaniyanın Sevilya şəhərindəki aeroportlardan havaya qalxacaq.

AZƏRTAC İspaniya mediasına istinadla xəbər verir ki, bu barədə CEPSA neft-qaz korporasiyası məlumat yayıb.

“Zeytun tullantılarından hazırlanan bioyanacaq 400 min kilometr məsafə qət etməyə imkan verəcək. Bu, 400-500 saat uçuş müddətinə və ya yer kürəsi ətrafında 10 dövrəyə bərabərdir. Təşəbbüs 200 tondan çox karbon qazının atmosferə atılmasının qarşısını alacaq ki, bu da 2,5 mindən çox ağacın əkilməsinə bərabərdir”, - CEPSA-nın saytında dərc olunan bəyanatda belə deyilir.

Bioyanacaqdan Sevilya aeroportlarından uçan “Air Europa”, “Air Nostrum”, “Iberia Express”, “Ryanair”, “Vueling” və “Wizz Air” aviakompaniyalarının təyyarələri istifadə edəcək.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR