İnsanlara hürriyət, millətlərə istiqlal!

İspaniya Şakiranı vergidən yayınmaqda ittiham edir

İspaniya prokurorları pop ulduzu Şakiranı 2018-ci ildə əldə etdiyi gəlirdən 7,1 milyon dollar vergi ödəməməkdə ittiham edib.

Musavat.com xarici mediaya istinadl xəbər verir ki, bu, İspaniya hakimiyyətinin Qremmi mükafatı laureatına qarşı ilk belə iddiası deyil.

Barselona prokurorlarının verdiyi açıqlamada Şakiranın vergi ödəməmək üçün vergi cənnətində ofşor şirkətdən istifadə etdiyi iddia edilir.

Açıqlamaya görə, kolumbiyalı müğənniyə ittihamlarla bağlı yaşadığı Mayamidə məlumat verilib.

Noyabrın 20-də Şakira Barselona məhkəməsinə ayrıca iş üzrə çıxış etməlidir, onun nəticəsi 2012-2014-cü illərdə yaşayış yerinin müəyyən edilməsindən asılıdır.

Barselona prokurorları deyirlər ki, Qremmi qalibi həmin müddətin yarısından çoxunu İspaniyada keçirib və buna görə də rəsmi yaşayış yeri Baham adaları olsa da, bu ölkədə vergi ödəməli imiş.

Prokurorların fikrincə, onun vergi borcu 15,4 milyon dollardır.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR