Onlayn ictimai-siyasi qəzet
Bu yay Alvaro Morata və Memfis Depayın komandanı tərk etməsindən sonra hücum xəttində ciddi problemlər yaşayan "Atletiko" bu mövqeyə yeni futbolçular axtarmağa başlayıb.
Publika.az "TyC Sports"a istinadən xəbər verir ki, “matrasçılar” “Mançester Siti”nin və Argentina millisinin hücumçusu Yulian Alvaresi almağa ümid edirlər. Futbolçunun özü də İngiltərə klubunda əvəzedici olmaqdan bezib. Bu yaxınlarda "Siti" rəhbərliyinə onu transferə çıxarmağı xahiş edib.
Alvares "Atletiko"ya keçmək istəyir. İspaniya nəhəngi gələn yay oyunçunu 70 milyon avroya almaq öhdəliyi ilə icarəyə götürməyi planlaşdırır.
“Mançester Siti” futbolçunu buraxmağa hazırdır. Lakin bu şərtlərlə deyil. İngiltərə təmsilçisi ödəniş məbləğini 1 il gözləmək fikrindən uzaqdır.
Qeyd edək ki, "Siti"də keçirdiyi 2 mövsümdə Alvares 103 oyunda 36 qol vurub və 18 məhsuldar ötürmə edib.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ