İnsanlara hürriyət, millətlərə istiqlal!

İspaniya hökuməti Avropa İttifaqı ilə Latın Amerikası arasında körpü yaratmaq niyyətindədir

İspaniya 2023-cü il iyulun 1-dən dekabrın 31-dək Avropa İttifaqında sədrlik edəcək.

AZƏRTAC xəbər verir ki, Aİ-də sədrlik İspaniyada böyük beynəlxalq və institusional hadisə olacaq. Oktyabrın 31-də Şahzadə Asturiyalı Leonorun 18 yaşı ilə əlaqədar onun Baş Korteslər qarşısında Konstitusiyaya and içməsi nəzərdə tutulur.

İspaniya hökuməti Aİ-də sədrliyi çərçivəsində çox iddialı bir vəzifəni yerinə yetirmək – Avropa ilə Latın Amerikası arasında son illərdə zəifləmiş əlaqələri canlandırmaq niyyətindədir. Bununla əlaqədar, İspaniyada Aİ – CELAK (Latın Amerika və Karib hövzəsi dövlətləri birliyi) sammitinin keçirilməsi nəzərdə tutulur.

Həmin tədbirə NATO-nun yaxın vaxtlarda Madriddə keçirilmiş tarixi zirvə görüşündə iştirak edənlərdən daha çox - 60 dövlət və hökumət başçısı dəvət ediləcək.

Əgər bu təşəbbüs uğurla həyata keçirilərsə, yüksək səviyyəli həmin görüş İspaniyanın Aİ-də sədrliyi “tacının incisi” olacaq. Aİ - CELAK sammiti sonuncu dəfə 2015-ci ildə Brüsseldə keçirilib. Belə sammitlərin iki ildə bir dəfə keçirilməsi planlaşdırıldı. Lakin sonuncu görüşdən 7 il keçməsi faktı bu iki regionun bir-birindən nə dərəcədə ayrı düşməsinə sübutdur.

Aİ - CELAK münasibətlərində yaranmış boşluqdan istifadə edən Çin 2021-ci ildə 450 milyard dollara bərabər ticarət dövriyyəsi ilə Avropanı regionun ABŞ-dan sonra ikinci ticarət tərəfdaşı mövqeyindən sıxışdırıb. Pekin Latın Amerikasında öz mövqeyini möhkəmlətmək üçün COVID-19 pandemiyasından da istifadə edib və oraya milyonlarla vaksin göndərib.

Keçən il Latın Amerikası regionunda “sola dönüş” verib: Peru tarixində ən solçu siyasətçi sayılan Pedro Kastilyo Peru Prezidenti, Qabriel Boriç Çili Prezidenti və Qustavo Petro Kolumbiya Prezidenti seçilib.

2023-cü ilin ikinci yarısında İspaniyada keçirilməsi nəzərdə tutulan Aİ - CELAK sammiti Avropa ilə Latın Amerikası dövlətlərinin yeni rəhbərləri arasında körpü yaradılmasına kömək etməlidir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR