Onlayn ictimai-siyasi qəzet
İspaniya hakimiyyəti Ukrayna səfirliyində baş verən partlayışı terror aktı kimi qiymətləndirir.
“Report” xəbər verir ki, bu barədə “Europa Press” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, İspaniya Milli Məhkəmə Kollegiyası Ukraynanın Madriddəki səfirliyində baş vermiş, nəticədə diplomatik departamentin əməkdaşının yaralanması ilə nəticələnən insidenti terror aktı hesab etmək qərarına gəlib.
Qeyd edək ki, bu gün günorta Ukraynanın İspaniyadakı səfirliyində partlayış baş verib. Yerli vaxtla saat 13:00-da Milli Polis Madriddə Ukrayna səfirliyində yanğının baş verdiyi ilə bağlı xəbərdarlıq alıb.
Zərfdə gizlədilən qurğunun partlaması nəticəsində səfirliyin əməkdaşı yüngül xəsarət alıb.
13 Oktyabr 2024
12 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ