İnsanlara hürriyət, millətlərə istiqlal!

İspaniya da erməni yalanlarının yanında dayandı

Ayrı-ayrı ölkələrin Azərbaycana qarşı qərəzli münasibəti davam edir.

Musavat.com xəbər verir ki, İspaniya Konqresi dekabrın 22-də keçirilən plenar iclasda “Azərbaycanın Laçın dəhlizi”ndə guya hərəkətin “qarşısını alması və bunun nəticəsində yaranmış humanitar böhranla bağlı” yekdilliklə bəyanat qəbul edib.

Bu barədə erməni mediası Ermənistanın İspaniyadakı səfirliyinin Facebook səhifəsinə istinadən məlumat yayıb.

Beləliklə, Fransa, Kanada, Litva, Estoniyanın ardınca İspaniyadan da erməni işğalçıları və separatçıları məmnun edən saxta mövqe açıqlandı.

Görək rəsmi Bakının cavabı necə olacaq?..

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR