Onlayn ictimai-siyasi qəzet
İsmayılının Qaraqaya kəndinin yollarındakı su və palçığa görə, məktəblilər dərsə, valideynlər isə iş dalınca gedib-gəlməkdə çətinlik çəkirlər.
Xezerxeber.az-ın məlumatına görə, sakinlər bildiriblər ki, kəndin yolları bərbad vəziyyətdə olduğu üçün avtomobillər tez-tez sıradan çıxırlar.
Avtomobillərlə yanaşı piyadaların hərəkəti də çətinləşir. Məktəbə gedən şagirdlər və müəllimlər xüsusən də yağışlı havada əziyyət çəkirlər.
Məsələ ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, kəndin yollarının əsaslı təmiri nəzərdə tutulub.
Onu da qeyd edək ki, Qaraqaya kəndi İsmayıllı rayonunun səfalı və turizm üçün əlverişli kəndlərindən biridir.
Ətraflı süjetdə:
30 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ