İnsanlara hürriyət, millətlərə istiqlal!

İşləməkdən bu hala düşən kassirin görüntüləri geniş müzakirələrə səbəb oldu - VİDEO

Türkiyədə fəaliyyət göstərən şəbəkə supermarketlərdəki iş şəraitinin ağırlığına dair yeni görüntülər sosial şəbəkələrdə rezonans doğurub.

Musavat.com xəbər verir ki, uzun müddət fasiləsiz işləməyə məcbur edilən kassirlərin yaşadığı fiziki və psixoloji gərginlik bu dəfə təhlükəsizlik kamerasının yaddaşına düşüb.

Yayılan görüntülərdə bir gənc kassirin taqətdən düşərək çətinliklə ayaqda durduğu görünür. Davamlı ayaqüstə işləməkdən yorulan kassirin ürəyi bulanıb, başı gicəllənib və o, kassadan yapışaraq özünü saxlamağa çalışıb.

Müştərilərin növbə gözlədiyi anlarda kassir kassanı tərk edib. İş şəraitinin ağırlığı səbəbindən huşunu itirmək üzrə olan kassirin görüntüləri sosial mediada geniş yayılıb və müzakirələrə səbəb olub.

Sözügedən görüntüləri təqdim edirik.

Turan Oruc
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Avqust 2025

01 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR