Onlayn ictimai-siyasi qəzet
İlk yayın vaxtı: 23:00
Azərbaycan millisi İslandiya qarşısında 0:5 hesabı ilə uduzur
DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda keçirilən İslandiya – Azərbaycan oyununda meydan sahibləri hesabı daha da artırıblar.
Musavat.com xəbər verir ki, Reykyavikdəki "Lauqardalsvöllur" stadionunda baş tutan görüşdə əvvəlcə Albert Qudmundsson fərqlənərək hesabı 4:0 edib. Ardınca isə Kristian Hlinisson komandasının beşinci qolunu vurub – 5:0.
Azərbaycan millisi oyunun son dəqiqələrinə böyük hesabla geri düşərək çətin vəziyyətə düşüb.
***
Azərbaycan millisi İslandiya qarşısında 0:3 hesabı ilə geri düşüb
DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda keçirilən İslandiya – Azərbaycan oyununda meydan sahibləri üstünlüyünü artırıb.
Musavat.com xəbər verir ki, Reykyavikdəki "Lauqardalsvöllur" stadionunda baş tutan görüşdə ikinci hissədə ardıcıl qollar qeydə alınıb. 47-ci dəqiqədə İsak Berqmann Yohannesson fərqlənərək hesabı 2:0 edib. Daha sonra İslandiya yığması üçüncü qolu vuraraq fərqi 3:0-a çatdırıb.
Hazırda Azərbaycan millisi çətin vəziyyətdədir və oyunda geri dönüş etmək üçün mübarizəni davam etdirir.
***
Azərbaycan millisinin İslandiya ilə oyunu davam edir
DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda İslandiya – Azərbaycan oyunu keçirilir.
Musavat.com xəbər verir ki, qarşılaşma Reykyavikdəki "Lauqardalsvöllur" stadionunda start götürüb. Matçı niderlandlı baş hakim Sander van der Eyk idarə edir.
İlk hissədə meydan sahibləri üstünlüyü ələ alaraq hesabı açmağı bacarıblar. İslandiya millisinin üzvü Viktor Palsson 45+2-ci dəqiqədə fərqlənib. Bununla da Azərbaycan yığması fasiləyə 0:1 geridə yollanıb.
Hazırda görüşün ikinci hissəsi davam edir və Azərbaycan millisi hesabda geri olsa da, bərabərlik üçün mübarizəni davam etdirir.
06 Sentyabr 2025
05 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ