İnsanlara hürriyət, millətlərə istiqlal!

İskenderun limanı 3 gündür yanır- Video

Türkiyənin Hatay vilayətində İskenderun limanında zəlzələdən sonra başlayan yanğın artıq 3 gündür ki, davam edir.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, yanğına havadan və qurudan müdaxilə davam etdirilir.

Ölkənin Milli Müdafiə Nazirliyi limanda yanğının nəzarət altına alındığını açıqlasa da, yanğın bir müddət sonra yenidən başlayıb.

Xatırladaq ki, Türkiyənin Kahramanmaraş şəhərində fevralın 6-sı baş verən 7,7 bal gücündə zəlzələdən sonra İskenderun limanında aşan konteynerlərdə yanğın başlayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR