İnsanlara hürriyət, millətlərə istiqlal!

İşğal altına düşən Mariupolun 10 mindən çox sakini həbsxanalara salınıb

10 mindən çox Mariupol sakini qondarma Ukraynanın işğal olunmuş ərazilərində qurulan oyuncaq “Donetsk Xalq Respublikası”nın həbsxanalarında saxlanır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Mariupol Şəhər şurası tərəfindən məlumat yayılıb.

"Dinc sakinlər işğalçılar tərəfindən saxlanaraq cəzaçəkmə müəssisələrinə göndərilib. Bunun üçün dörd belə həbsxana məlumdur: bunların ikisi Olenivkada, qalan ikisi isə Donetsk istintaq təcridxanasında və Makeyevkadadır. Vətəndaşlarımız orada konslagerlərdəki kimi dəhşətli və qeyri-insani şəraitdə tutulurlar. Həmin həbsxanalarda 10 nəfər 2 və ya 3 metrlik dar kameralarda saxlanılır”, - deyə məlumatda bildirilir.

Mariupol Şəhər Şurasının məlumatına görə, insanlara su və yemək verilmir, hava almağa buraxılmır, normal tibbi xidmətdən istifadə etmələrinə icazə verilmir, müxtəlif fiziki və psixi işgəncələrə məruz qalırlar. Mariupolun dinc sakinləri belə bir şəraitdə sağ qalmağa çalışırlar.

Mariupol şəhərinin meri Vadim Boyçenko buna görə Beynəlxalq Qızıl Xaç Cəmiyyətini və BMT-ni təcili surətdə hərəkətə keçməyə çağırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR