İnsanlara hürriyət, millətlərə istiqlal!

İşçiyə təcavüz edən bələdiyyə sədri HƏBS OLUNDU - VİDEO

Türkiyənin Zonquldak vilayətində Gülüç Bələdiyyə sədri 51 yaşlı Gökhan Mustafa Dəmirtaş "cinsi təcavüz" ittihamı ilə mühakimə olunduğu yerli məhkəmə tərəfindən 3 il 11 ay 15 gün həbs cəzasına məhkum edilib.

Musavat.com xəbər verir ki, Gökhan Mustafa Dəmirtaş 32 yaşlı bələdiyyə işçisi olan qadına təcacüz etməkdə ittiham olunurdu.

Bələdiyyə işçisi Duyğu K. bələdiyyə sədri Gökhan Mustafa Dəmirtaşın keçən il ona təcavüz etdiyini iddia edərək polisə şikayət etmişdi. 

Dəmirtaşın vəkilləri qərara etiraz edərək işi apellyasiya məhkəməsinə veriblər. Lakin Ereğli 5-ci Asliye Cəza Məhkəməsinin verdiyi həbs cəzası qəti olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR