Onlayn ictimai-siyasi qəzet
Türkiyədə keçmiş iş adamı 59 yaşlı Rıza Kalkavan saxta içkidən zəhərlənərək ölüb.
Bu barədə məlumatı jurnalist Asena Ozkan yayıb.
Məlumata görə, iş adamı son günlər maddi sıxıntıdan əziyyət çəkib. O, pulsuzluqdan mağazadan 30 litr saxta spirtli içki alaraq, evdə içib. Daha sonra görmə qabiliyyətini itirdiyi üçün dostu tərəfindən xəstəxanaya yerləşdirilib. Lakin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Rıza Kalkavan 2022-ci ildə xərçəngdən dünyasını dəyişən aktrisa Billur Kalkavanın qardaşıdır./Lent.az
27 Dekabr 2024
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ