İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanın yeni həyasız yalanı - Bakı Laçın yolunu hər an bağlaya bilər!

Ermənistan arzularını hələ də gerçək kimi təqdim edir; Azərbaycan isə kapitulyasiya aktının həyata keçməsini BMT qətnamələritək 30 il gözləməyəcək!..

Ermənistan rəhbərliyi tərəfindən Azərbaycanla sülh danışıqlarının imitasiyası davam edir. Guya bu yolla vaxt qazanırlar. Daha xəbərləri yoxdur ki, zaman artıq onlara işləmir və itirən blokada rejimində, sosial-iqtisadi böhran içində çabalayan Ermənistanın özü olacaq. Böhrandan qurtulmağın tək yolu isə məlum: təcili şəkildə iki əsas qonşu dövlətlə - Azərbaycan və Türkiyə ilə münasibətləri qaydaya salmaq, nəinki bəzi xarici güclərin boş vədlərinə aldanıb sülh oyunu oynamaq.     

“Yaxın vaxtlarda Azərbaycan və Ermənistan nümayəndələri arasında görüş mümkündür”.

Srağagün bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib. “Bizdə olan məlumata görə, yaxın vaxtlarda belə bir görüşün keçirilməsi mümkündür. Hazırda məsələ müzakirə olunur”, - erməni rəsmisi bildirib.

Onun sözlərinə görə, Moskva və Brüsseldə Azərbaycanla 4 əsas məsələ müzakirə olunur: “Bunlar humanitar məsələlər, - burada əsas söhbət əsirlərin (oxu: diversantların - red.) qaytarılmasından və itkin düşmüş şəxslər haqda məlumatların toplanmasından gedir, - ikincisi, kommunikasiyaların açılması, delimitasiya və demarkasiya və Qarabağ probleminin həllidir”.

Göründüyü kimi, Ermənistan rəsmiləri burdan-bura yalanlar danışmağa davam edirlər. Çünki 44 günlük müharibədən sonra Bakı İrəvanla heç vaxt “Qarabağ problemi”, “status”la bağlı müzakirə aparmayıb, apara bilməzdi. Sadə səbəbə: bizim üçün belə problem daha yoxdur. Keçən ilin iyulundan isə Azərbaycanın tərkibində yalnız Qarabağ iqtisadi zonası mövcuddur, “status” da “gorbagor” olub. Qarabağdakı erməni etnik azlığın hüquqları məsələsi isə sırf Azərbaycanın daxili işidir. Belədirsə, İrəvanla Qarabağ müzakirəsi əlbəttə ki, ərazi bütövlüyümüzün şübhə altına alınması anlamlına gələrdi.    

Bu üzdən Qriqoryanın iddia elədiyi kimi, Bakı erməni tərəfi ilə Moskva və Brüsseldə olmayan “Qarabağ probleminin həlli”ni müzakirə edə bilməzdi. Bunu Azərbaycanın sülh müqaviləsi üçün irəli sürdüyü və Ermənistanın qəbul elədiyi, heç birində Qarabağ adı keçməyən 5 məlum prinsip başqa yandan təsdiqləyir. Həmin prinsipləri Qriqoryanın və komandasının yadına yenidən salırıq:

Qarabağda turizmin inkişafı ilə bağlı layihə - HAZIRLANIB - FED.az

1.Dövlətlərin bir-birilərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;

2.Dövlətlərin bir-birilərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;

3.Dövlətlərarası münasibətlərdə bir-birilərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;

4.Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

5.Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

Yuxarıdakı bəndlərdən də aydın olur ki, rəsmi Bakı A.Qriqoryanın sadaladığı 4 məsələdən yalnız humanitar xarakterli olanlar, kommunikasiyalar, delimitasiya və demarkasiya, bir də sülh müqaviləsinin imzalanması ətrafında müzakirə apara bilərdi. Hətta Azərbaycan Prezidenti İlham Əliyev az öncəki çıxışlarının birində demişdi ki, status məsələsini bir daha qaldırmayacağı barədə erməni tərəfi ilə şifahi anlaşma var. Əfsus ki, buna da əməl olunmur və İrəvan rəsmiləri yalanlar uydurmağa davam edirlər.

İrəvanın Bakıya qarşı 6 şərti - altısı birinə dəyməz!

Bakının İrəvanla Qarabağ müzakirəsi aparmadığının daha bir sübutu: xəbər verildiyi kimi, iyunun 27-də Brüsseldə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyevlə həmin bu Armen Qriqoryan arasında növbəti görüş nəzərdə tutulmuşdu. Lakin görüş keçirilməyib. Azərbaycandakı diplomatik mənbələrdən biri səbəbi belə izah edib: “Əgər Ermənistan hər gün ziddiyyətli bəyanatlar verirsə, ATƏT-in Minsk Qrupunun həmsədrlik mexanizmindən danışmağa davam edirsə, Azərbaycana qarşı ərazi iddiaları irəli sürürsə, o zaman görüşlərin keçirilməsinin nə mənası?”

Gerçəkdən də hər gün bir hava çalan, Moskvada bir cür, Brüsseldə ikinci cür, İrəvanda isə üçüncü cür bəyanat verən, ölkəmizə qarşı həyasızcasına ərazi iddialarını davam etdirən İrəvan rəsmiləri ilə produktiv sülh danışıqları mümkünmü? Vaxt itirməyə dəyərmi?

“Ermənistan yenə öz işğal siyasətini davam etdirir. Amma 2-ci Qarabağ müharibəsində Ermənistan biabırcasına məğlub olub, kapitulyasiya aktına imza atmış ölkədir. Buna baxmayaraq, Ermənistan indi köhnə ”siyasətinə" davam etdiyini bu və ya digər formada büruzə verir".

Bu sözləri Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib (Teleqraf.com).

Fayl:Tofiq Zülfüqarov.jpg — Vikipediya

Tofiq Zülfüqarov 

Politoloqa görə, belə davranışın cavabı təbii ki, yeni müharibədir. “Çünki hansı ölkə bu cür vəziyyəti qəbul edər? Günü bu gün Azərbaycan Laçın dəhlizini bağlayıb, Qarabağda antiterror əməliyyatı keçirə bilər. Bununla da məsələ bitəcək”, - deyə o qeyd edib.

Zülfüqarov Moskva və Brüssel danışıqlarına, burada verilən bəyanatlara baxmayaraq Ermənistanın ardıcıl şəkildə 10 noyabr 2020-ci il bəyanatının müddəalarını icra etmək istəmədiyini bildirib: “Əslində bu, ən vacib müddəalardır. Çünki bu müddəalar erməni qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasını nəzərdə tutur. Amma ermənilər hələ də bunu icra etmir. Əksinə, onlar bura qoşun göndərəcəklərini açıqlayırlar. Eyni zamanda, Zəngəzur dəhlizinə aid öhdəlikləri yerinə yetirmək istəmirlər. Ermənistan açıq şəkildə post-konfilikt məntiqinə zidd siyasət həyata keçirir. Bu isə Ermənistanın anneksiya siyasətinin təzə şəraitdə davamı deməkdir. Buna açıq nümunə kimi hələ də Azərbaycan ərazisində erməni qoşunlarının qalması və burada separatçılara dəstək ”siyasətlərinin" davam etdirmələridir. Sözsüz ki, belə davam edə bilməz".

Və etməyəcək də. Azərbaycan 10 noyabr sənədinin bəndlərinin yerinə yetirilməsini BMT qətnamələri kimi 30 il gözləmək niyyətində deyil...

Siyasət şöbəsi,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR