Onlayn ictimai-siyasi qəzet
"Yuxarı Lars" keçid məntəqəsinin bağlanmasına görə Ermənistanı düşdüyü vəziyyətdən yalnız Azərbaycan xilas edə bilər.
Musavat.com xəbər verir ki, bu fikri "Report"un yerli bürosuna gürcü hərbi-siyasi ekspert Vaxtanq Maysaya Ermənistanı Rusiya ilə birləşdirən yeganə "Yuxarı Lars" keçid məntəqəsinin bağlanmasına münasibət bildirərkən deyib.
"Onun üçün Ermənistan tərəfi mütləq sülh müqaviləsinə imza atmalıdır. Əks təqdirdə yaranmış vəziyyət onun sonunu gətirəcək", - ekspert vurğulayıb.
O qeyd edib ki, sülh müqaviləsi iqtisadi əlaqələrə yol açacaq: "Müqavilə imzalanandan sonra Ermənistanın Azərbaycan və Türkiyə ilə ticari-iqtisadi əlaqələri də düzələcək. Bu isə onlar üçün yeni dəhlizin açılması deməkdir. Həmin dəhlizlə də Cənubi Qafqazın həm ticari potensialı artmış olacaq, həm də təhlükəsizliyi qorunacaq".
Politoloq bildirib ki, bu gedişlə ən geci 2024-cü ilin yanvar-fevral aylarında sülh müqaviləsi imzalanacaq: "Çünki rəsmi İrəvan başa düşür ki, imzalanacaq sülh müqaviləsi onları xilas etməklə yanaşı, regionu iqtisadi cəhətdən də güclü edəcək".
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ