İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda silahlar işə düşdü: gecəyarısı ölü və yaralı

Dekabrın 9-da İrəvanda qətl və adam öldürməyə cəhd hadisəsi baş verib. Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir. Məlumata görə, saat 23:55-də Şenqavit polis şöbəsinə Erebuni Tibb Mərkəzindən iki vətəndaşın son dərəcə ağır vəziyyətdə gətirildiyi, onların güllə yaraları olduğu barədə məlumat daxil olub.

Hadisə yerində məlum olub ki, yaralılardan biri dünyasını dəyişib. Polis və müstəntiqlər ölən şəxsin kimliyini müəyyən ediblər - bu, Armavir vilayətinin 27 yaşlı sakini Vladimir S., yaralı isə 31 yaşlı İrəvan sakini Tiqran A-dır.

Polis və müstəntiqlər şübhəli bilinən şəxsin İrəvan sakini olduğunu müəyyən ediblər. Onun və cinayət aləti olan odlu silahın tapılması istiqamətində zəruri əməliyyat-axtarış və birgə istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, İrəvanda silahlı qətl hadisələri adi hal alıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR