Onlayn ictimai-siyasi qəzet
Ləğv edilmiş qondarma qurumun başçısı Samvel Şahramanyan İrəvanda etiraz aksiyası keçirən separatçılara müraciət edib. O bildirib ki, Dağlıq Qarabağ ləğv olunmayıb.
Musavat.com xəbər verir ki, Şahramanyan heç bir sənəd xalqın yaratdığı “dövləti” ləğv edə bilməz deyib.
Onun sözlərinə görə, yaxın vaxtlarda Ermənistanın İctimai Televiziyasına müsahibə verəcək və insanları narahat edən bütün məsələlərə toxunacaq.
Qondarma prezidentin açıqlamalarından razı qalmayan etirazçılar İrəvanın mərkəzində aksiya keçiriblər. Aksiya iştirakçıları Samvel Şahramanyanın qardaşı Karen Şahramanyanın ərazidə olduğunu görüb, ona hücum edərək döyüblər.
Həmin anların görüntülərini təqdim edirik:
Musavat.com
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ