İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda GƏRGİNLİK: İtkin düşmüş hərbçilərin valideynləri AYAĞA QALXDI

Ermənistanda 44 günlük müharibədə itkin düşən hərbçilərin valideynləri yenidən etiraza qalxıblar.

Musavat.com Sputnik Armenia”ya istinadən xəbər verir ki, itkin düşən hərbçilərin valideynləri və yaxınları dünəndən İrəvanda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) binası qarşısında etiraz aksiyası keçirirlər.

Qeyd olunub ki, kişilər gecəni küçədə keçiriblər.

Onlarla MTX-nin direktor müavinlərindən biri görüşüb, söhbətdə hökumətyönlü deputat Vilen Qabrielyan da iştirak edib.

İtkin düşənlərdən birinin dayısı Arsen Qukasyanın dediyinə görə, DNT testinin düzgün aparılmaması nəticəsində artıq 6 eksqumasiya olub.

Hərbçilərin yaxınları görüşün nəticəsindən narazıdırlar və milli təhlükəsizlik xidmətinin direktoru Armen Abazyan tərəfindən qəbul edilmələrini israr edirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR