İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda əsgər valideynləri Paşinyanın həbsini tələb edirlər -VİDEO

İkinci Qarabağ müharibəsi zamanı öldürülmüş hərbçilərin valideynləri Ermənistanda etiraz aksiyası keçirirlər. AzVision.az xəbər verir ki, onlar baş nazir Nikol Paşinyanın həbsini tələb edirlər.

Baş Prokurorluğun binası qarşısına toplaşan etirazçılar hüquq-mühafizə orqanlarını ölkə rəhbəri haqqında tədbirlər görməyə çağrırlar. Səbəb kimi də Paşinyanın öz dili ilə minlərlə hərbçinin ölümündə günahkar olmasını etiraf etməsi göstərilir.

Xatırladaq ki, “Hayastan” müxalifət bloku da aprelin 25-dən İrəvanda müddətsiz etiraz aksiyalarına başlayıb. Baş nazir Nikol Paşinyanın Qarabağla, Azərbaycanla aparılan danışıqlar prosesi ilə bağlı bir neçə rezonans doğuran bəyanatından sonra etiraz aksiyalarında fəallıq yarandı.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR