İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda azərbaycanlı taksi sürücüsü! Ermənistanın məşhur siyasətçisi onunla nədən danışıb...

“Ötən gün taksiyə mindim, sürücünün azərbaycanlı olduğu məlum oldu”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözləri avqustun 9-da Ermənistanın birinci xarici işlər naziri, “İrs” Partiyasının lideri Raffi Ovannisyan Respublika meydanında jurnalistlərlə söhbətində deyib.

Onun sözlərinə görə, sürücünün adı erməni adı olub: “O dedi ki, Ermənistanda çoxlu azərbaycanlı yaşayır. Daha sonra o, siyasətçi kimi Qarabağın kimə məxsus olması haqda danışmağa başladı. Həmin sürücünün dediyinə görə, vaxtilə Naxçıvanda olduğu kimi, Qarabağda da ermənilər yaşayıb. Norka (İrəvanda məhəllə) qalxırdıq, sürücü ermənilərin özlərini faşist kimi aparması barədə paralellər aparmağa başladı. O, İlham Əliyevi alman faşistlərini cəzalandıran Stalinə bənzətdi. Maşından düşəndə üstəlik mənə “salam” da verdi. Və mən başa düşdüm ki, o, Ermənistanda yaşayan azərbaycanlıdır”, – Ovannisyan iddia edib.

Deyəsən, bunların hamısı qarabasmadan əziyyət çəkirlər.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR