İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda aksiya: Ermənilər "qaçqınlıq" statusu davası edirlər

Ermənistanda növbəti dəfə etiraz aksiyası keçirilib. xəbər verir ki, bir vaxtlar Azərbaycan torpaqlarında məskunlaşmış və Qarabağ müharibəsi zamanı qaçan ermənilər hökumət binası yaxınlığında oturaq aksiya təşkil ediblər.

İrəvanda aksiya: "Bizi unutdurur, "qaçqın" statusu vermək istəmirlər"Onların fikrincə, etiraz aksiyası uzunmüddətli olacaq.

Etirazçı ermənilər havada qaldıqlarını, onlara "qaçqın" statusunun verilməməsindən gileyləniblər. Onlar həmçinin anromal və təxribatçı çağırışlar edərək Ermənistan hakimiyyətini Azərbaycan ərazisi olan Qarabağın "müstəqilliyini" tanımağa və ya İrəvana birləşməsini elan etməyə çağırıblar.

“Hadrut naminə” qeyri-hökumət təşkilatının sədri Levon Hayriyan Sputnik Ermənistan-a açıqlamasında deyib ki, piket iştirakçılarının əsas hissəsi Hadrutdan qaçan ermənilərdən ibarətdir. Aksiya iştirakçıları arasında Şuşada məskunlaşmış keçmiş "sakinlər" də var.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR